Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47986
az

SON DƏQİQƏ! FHN məlumat yaydı: Kürdə batanlar var

13:4302 Fevral, 2021
1848
REDAKTORUN SEÇİMİ
  • A

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 31.01.2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.

Oxu24.com  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

İlkin axtarış tədbirləri çərçivəsində 01.02.2021-ci il tarixdə Kür çayında xüsusi qarmaqlar vasitəsilə kəşfiyyat işləri, sahil zolağında və çayətrafı ərazilərdə vizual baxış tədbirləri həyata keçirilib. İlkin axtarış tədbirləri nəticəsində çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.

Bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilərək (Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazidə) axtarışlar intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ərlə arvad öldü
Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölənlər var
Qaz olmayacaq


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi