Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47979
az

Ekspert: “Ermənistanın atəşkəsi pozmasına dərhal reaksiya verilməlidir”

11:3402 Fevral, 2021
2208
DÜNYA
  • A

“Aydın məsələdir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması yeni müharibənin qızışdırılmasına yönəlmiş planlı aksiyadır və belə şeyə dərhal reaksiya verilməlidir”.

Bunu “Report”a rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Fikrimcə, Qazax istiqamətində Azərbaycan postunun atəşə tutulması ilə bağlı hadisəni beynəlxalq sülhməramlı iştirakçılar, yəni Rusiya və Türkiyə qiymətləndirməlidir”, - o bildirib.

Ekspert söyləyib ki, görünür, Ermənistan silahlı qüvvələrində döyüş əməliyyatlarının dayandırılmasına dair razılaşmanın imzalanmasından sonra başlayan prosesləri bəyənməyən yüksək vəzifəli şəxslər var və onlar ölkəyə dinc həyat gətirməyə çalışan baş nazir Nikol Paşinyanı gözdən salmağa çalışırlar.

“Hər halda, mövcud münaqişə vəziyyətini sərt şəkildə dayandırmaq və rəsmi İrəvandan izahat və üzr tələb etmək lazımdır”, - o vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO