Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47964
az

Paşinyan və ailəsinə qarşı etiraz: \"Nikol, get!\", \"Xainlərə yox!\"

01:5402 Fevral, 2021
6857
  • A

Amerika Birləşmiş Ştatlarının Qlendeyl şəhərində bir qrup erməni etiraz aksiyası keçirib.

Oxu24.com xəbər verir ki, Ermənistan Konsulluğu qarşısında keçirilən aksiyada etirazçılar son günlər polis tərəfindən saxlanılan “Birləşmiş Ermənistan” partiyasının lideri, Qarabağ müharibəsinin iştirakçısı Vaan Badasyanın sərbəst buraxılmasını tələb ediblər. Eyni zamanda etirazçılar Lilit Makuntsun Ermənistanın ABŞ-a səfir təyin edilməsinə narazılıqlarını bildiriblər: “Əsas xainin həyat yoldaşının Los Ancelesdə olduğunu və burada öz ad gününü qeyd etmək istədiyini mətbuatdan öyrəndik. Yaxın vaxtlarda bu məsələ ilə də məşğul olacağıq”, – deyə etirazçı Artur Saakyan əlavə edib.

Aksiyanın digər iştirakçısı “xain dəli”nin (red. Paşinyan nəzərdə tutulur) Vaan Badasyandan intiqam almaq üçün onun həbsinə göstəriş verdiyini deyib. Bunun səbəbi isə Badasyanın Nikol Paşinyanın müharibə xəyanətləri barədə məlumatlı olmasıdır: “Biz bunu qəbul etmirik və Badasyanın dərhal sərbəst buraxılmasını tələb edirik. Bütün soydaşlarımızı onun yerini müəyyənləşdirməyə çağırırıq, yalnız bundan sonra əlavə tədbirlər görəcəyik”.
Etiraz aksiyasının iştirakçıları həmçinin konsulluq qapılarına “Yaşasın ölən Nikol”, “Nikol, get!”, “Hərbi əsirlərə azadlıq!”, “Vətən xainləri!” sözləri yazılan plakatlar asıblar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Harrisin Trampla Obamanın söhbətinə reaksiyası gündəm oldu - Video
Rusiya Ermənistanı HƏDƏLƏDİ: Avrasiya İqtisadi İttifaqından çıxsa...
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib