Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47960
az

SON DƏQİQƏ! Azərbaycanda yeni qanun qəbul edilir - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!

22:5801 Fevral, 2021
4319
REDAKTORUN SEÇİMİ
  • A

Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilməyə bilər.

Oxu24.com -un  məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni - 7-1-ci maddə əlavə edilməsi təklif olunur.

Layihəyə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilməyəcək.

Qeyd edək ki, 327.6-cı maddə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə edilməsini nəzərdə tutur. 

Bu dəyişiklik avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək məqsədi daşıyır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT
Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir