Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4796
az

Mirqafar Seyidov haqqın.az saytının əməkdaşının maşınını cərimə meydançasına niyə saldırıb?

17:2727 Avqust, 2018
3063
KRİMİNAL
  • A
 Ədalətli dövlət prinsipi əsrlərdən bəri cəzanın qaçılmazlığı ilə müəyyənləşdirilir. Qanunu pozmuş hər bir şəxs dərk edir ki. onu cəza gözləyir. Haşa, cəza törədilməmiş cinayətə görə baş verirsə, vətəndaşda müdafiə altında olma hissi heçə enir və sabaha olan inam itir.

Bakı sakini, haqqin.az-ın əməkdaşı Tamilla Əliyevanın bacısı Cəmilə Əliyeva növbəti “bespredel”lə qarşılaşıb. Bazar günü, Bakının bir çox sakinləri kimi, o da ailəsi ilə birlikdə çimərlikdə istirahət etmək qərarına gəlib. İstirahət yeri kimi Şıx çimərliyi seçilib, bacısı Tamilla və azyaşlı uşaqları ilə birlikdə Cəmilə Əliyeva ora yollanıb.



Cəmilə ilə Tamillanın başına gələn hadisə haqqin.az-ın hər gün hüquqları pozulan vətəndaşları qəbul edən redaksiyasının əməkdaşlarını da məəttəl qoyub. Şıx çimərliyindən şəhərə qayıdan yolda Cəmilə Əliyeva görüb ki, üç zolaqlı yolun iki zolağı 10 SZ 728 dövlət nömrə nişanlı BMW və 10 АА 474 dövlət nömrə nişanlı “Lexus” avtomobilləri tərəfindən tutulub.

Həmin yolda sürət məhdudiyyəti saatda 70 kilometr olsa da, hər iki avtomobil uzağı 30 km/saat sürətlə yavaş-yavaş hərəkət edirmiş. Təcrübəli və stajlı sürücü olan Cəmilə Əliyeva düşünüb ki, yəqin irəlidə nəsə baş verib və avtomobillər sürətlərini azaldıblar. Aşağı sürətlə bir neçə dəqiqə yol getdikdən sonra o, boşalmış sol zolağa keçmək istəyib.

Onun “Hyundai Elantra” (90 BB 616) avtomobili BMW ilə bərabərləşən zaman həmin maşının sükanı arxasında əyləşmiş oğlan nə baş verdiyini soruşub, Cəmilə Əliyeva bilmədiyini deyərək irəlidə heç bir hadisənin olmadığını gördükdən sonra sürəti artırıb və yoluna davam edib.

Bir neçə dəqiqədən sonra C.Əliyeva “Lexus”un sürücüsünün qeyri-adekvat hərəkətinin şahidi olub – yolsuzluq avtomobili sürət yığıb, daha sonra hərəkət zolaqları arasında xaotik şəkildə irəliləyib və Cəmilə Əliyevanın “Hyundai” maşınını ötərək sürətlə uzaqlaşıb.



Beş dəqiqə sonra “Azneft” dairəsinə az qalmış Cəmilə Əliyevanın avtomobili 10 Р 055 dövlət nömrə nişanlı DYP motosikli tərəfindən saxlanılıb. Yol polisinin əməkdaşı dərhal sürücülük vəsiqəsinin ona verilməsini tələb edib, elə bu vaxt ratsiya ilə hansısa kobud səs Cəmilə Əliyevanın avtomobilinin və BMW markalı avtomobilin tutulması əmrini verib. Hüquq-mühafizə orqanının əməkdaşı saxlamanın səbəbini bildirməyib və mübahisə 10 dəqiqə davam edib. Bununla birlikdə, ratsiyadakı kobud səs susmaq bilməyib və dəfələrlə həmin iki maşının saxlanılmasını tələb edib, sanki xüsusilə təhlükəli caniləri tutmaq lazımdır.

Nəticədə, DYP əməkdaşı adi yoxlama bəhanəsi ilə Cəmilə Əliyevanın sürücülük vəsiqəsini alıb və bundan sonra onun dalınca sürməsini tələb edib. Bu zaman DYP işçiləri “Azneft” dairəsində bütün hərəkəti dayandırıblar ki, Cəmilə Əliyevanın maşını polis işçisinin dalınca gedərək, Bayıldakı cərimə meydançasına istiqamətlənə bilsin. Heç bir yol hərəkəti qaydasını pozmamış, lakin təhlükəli cani kimi davranışla qarşılaşmış Cəmilə Əliyevanın və onun azyaşlı uşaqlarının həmin andakı vəziyyətini anlamaq çətin deyil.

Bayılda Cəmilə Əliyevadan maşını cərimə meydançasına təhvil vermək tələb olunub. Onun maşında başları yaş, əyinlərində elə bir geyim olmayan uşaqların mövcudluğu barədə sözləri yol polisinə təsir etməyib. Sürücüyə xəbərdarlıq edilib ki, bu hal hakimiyyət təmsilçisinin əmrlərinə tabe olmamaq kimi qiymətləndiriləcək və hadisə yerinə post-patrul xidməti dəvət olunacaq. Seçim qalmamışdı, avtomobilin saxlanması azmış kimi, Cəmilə Əliyevanın özünün də saxlanma təhlükəsi yaranmışdı. Saxlanmanın səbəblərini öyrənmək istərkən isə eyni kobud cavab səslənirdi – “sonra sizə hər şeyi başa salarlar”.

Artıq saat axşam 9-a yaxın idi. Polis əməkdaşları iki azyaşlı uşaqla qızlara məsləhət görürlər ki, taksi çağırıb getsinlər. Səhər isə Badamdardakı Yol Polisi İdarəsinə gedərək 202-ci kabinetə müraciət etsinlər. Şokdan tam ayılmamış qızlar elə belə də ediblər.

Artıq evdə olarkən Tamilla Əliyeva haqqin.az redaksiyası ilə əlaqə saxlayır və bacısı ilə birlikdə başına gələnləri nəql edir. Redaksiyanın əməkdaşları dərhal Səbail rayonu Yol Polisi İdarəsinin rəisi Cəmşid Hənifəyevlə və Şəhər Yol Polisinin alay komandiri, polkovnik-leytenant Rəşadət Babayevlə əlaqə saxlayıblar. Onların “Hyundai Elantra” (90 BB 616) avtomobilinin saxlanılması barədə məlumatları olsa da, vəziyyəti aydınlaşdırmaq iqtidarında olmayıblar.

Cəmilə Əliyevanın maşınının saxlanılması barədə əmr “100” kod adı ilə daxil olub. DİN-dəki mənbələr haqqin.az-a bildiriblər ki, “100” kod adlı əmrlər yalnız birbaşa olaraq Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov tərəfindən verilir. Bəs paytaxtın baş polis əməkdaşına Cəmilə Əliyevanın avtomobilini saxlamaq niyə lazım olsun?

Mirqafar Seyidov

Cəmilə və Tamilla Əliyevalar özlərinə gələndən sonra 102 “qaynar xətt”ə zəng etmək və yol polisi əməkdalarının qeyri-qanuni hərəkətlərindən şikayət etmək qərarı veriblər. “Qaynar xətt”də qızları sakitləşdiriblər ki, onların müraciəti Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanacaq.

Səhər Cəmilə Əliyeva bacısı ilə birlikdə Badamdardakı Yol Polisi İdarəsinin 202-ci kabinetinə gediblər, lakin orada onlara bildirilib ki, nəsə etməkdə acizdirlər, belə ki, işə Bakı Şəhəri Baş Polis İdarəsində baxılır və birbaşa ora müraciət etmələri daha doğru olar. Qızların get-gəli davam edir. Onlarla paralel olaraq BMW avtomobilində olan iki gənc də bu “prosedurlar”ı təkrarlayırlar. Məlum olub ki, onların da avtomobilini səbəb göstərilmədən saxlayıblar.

Səhər saat 11-ə işləmiş qızlar Bakı Şəhəri Baş Polis İdarəsinə yollanırlar. Burada onları qapıda bir qədər gözlədirlər, sonra isə “yuxarı” onların gəldiklərini bildirirlər. Lakin qızları heç kim qəbul etmir, birbaşa darvazanın qarşısında deyilir ki, onlara yanlış məlumat verilib və Badamdardakı Yol Polisi İdarəsinə qayıtmalıdırlar.

Polis idarəsində onları yüksək rütbəli, lakin adını çəkmək istəməmiş DYP əməkdaşı qəbul edir. Qızların avtomobilin nəyə görə saxlanılması ilə bağlı sualına onları şoka salan cavab gəlir: “Bəs siz niyə tanımadığınız adamla danışırsınız?” Qızı ona görə gözümçıxdıya salıblar ki, başqa sürücünün yoldakı tıxacın səbəbləri haqqında sualına cavab verib. Şoka düşmüş qızlar izah edirlər ki, BMW və “Lexus” avtomobillərinin niyə belə yavaş hərəkət etdiklərini anlamayıblar. Buna görə də, güman ediblər ki, yolda nəsə baş verib və BMW-dəki adamlarla heç bir söhbət etməyiblər. Yalnız yolda heç nəyin baş vermədiyi bildirilib.

Naməlum rəis qızlara deyib ki, qonşu kabinetə daxil olsunlar və orada onlara avtomobili cərimə meydançasından götürmək üçün zəruri sənədlər təqdim olunub. Qızlar Bayıla gediblər və avtomobili götürüblər. BMW-nin sürücüsünün bəxti daha az gətirib – o, 40 manat cərimə də ödəyib.

Avtomobilin saxlanmasının əsl səbəblərini nə qızlar, nə də BMW-nin sürücüsü öyrənə bilməyib. İndiyə qədər də düşünürlər ki, görəsən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov onların saxlanılması əmrini niyə verib. Əgər cinayət olmamışdısa, niyə saxlayırdılar? Olmuşdusa, niyə elə-belə buraxırdılar?

Nəyə görə cəzalandırıldığını bilmirsənsə, müdafiə olunmadığın barədə hiss əmələ gəlir. Bununla birlikdə isə ədalətli dövlətə inam itir. Ümid etmək qalır ki, bu hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən lazımınca araşdırılacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi