Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47951
az

Azərbaycanda bu ailələrə böyük imtiyazlar verilir - QANUN DƏYİŞDİ

22:2201 Fevral, 2021
3753
SİYASƏT
  • A

Azərbaycanda şəhid aillələrinin üzvlərinə yeni imkanlar yaradılması məqsədilə qanunvericiliyə dəyişiklik edilir.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilir.

Bundan sonra peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə də digər həssas qruplarla birlikdə üstünlük veriləcək.

Bununla yanaşı, dəyişikliyə əsasən, sosial müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar işə götürülmə kvotası şəhid ailələrinin üzvləri də şamil ediləcək.

Son dövrlər dövlət qəbul etdiyi bir sıra qanunvericilik aktları ilə şəhid ailələri ilə bağlı təminatları həm sadələşdirir, həm də onların təminatlarını daha da artırır.

Bu dəyişikliklə dövlət şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılması məqsədini güdür.

Qanuna dəyişikliklər birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Lukaşenkoya     zəng     etdi
“İrana gedib oğlumun qatilinin edamında iştirak edəcəyəm”
Makronun reytinqləri rekord səviyyəyə enir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxmuş şəxsin    son     durumu
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı- VİDEO