Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4795
az

Evsizlərə şad xəbər - Prezident 3 milyon ayırdı

17:1427 Avqust, 2018
3043
SİYASƏT
  • A
 Prezident İlham Əliyev avqustun 27-də “Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

Oxu24.com  xəbər verir ki, Şamaxı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Son dövrdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində Şamaxıda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilib. Sərəncamda qeyd olunur ki, rayonda Müalicə-Diaqnostika Mərkəzi, Şəhər İncəsənət Təhsil Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 3 yaşayış binası inşa edilib, Şamaxı Olimpiya Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şamaxı Cümə Məscidi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər Şahmat Məktəbi, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, 44 ümumtəhsil müəssisəsi istifadəyə verilib.

Habelə şəhərin içməli su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal müəssisələri yaradılıb, 16 mindən çox yeni iş yeri açılıb. Bundan başqa, turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib, ən müasir tələblərə cavab verən mehmanxana və istirahət mərkəzi tikilib. Rayonun Dəmirçi kəndində müasir turizm infrastrukturu, Arxeologiya Muzeyi, 620 hektar sahədə Şamaxı Safari Parkı yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva     başsağlığı     verdi
Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı