Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47943
az

Tarif Şurası suyun qiyməti ilə bağlı qərarını dəyişə bilərmi? - ŞƏRH

21:3301 Fevral, 2021
2202
ÖZƏL BÖLÜM
  • A

"Tarif Şurası öz qərarını dəyişə bilər”.

Oxu24.com xəbər verir ki, bunu açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov suyun qiymətinin artırılması ilə bağlı Tarif Şurasının qərarından danışarkən deyib.

O bildirib ki, sözü gedən qərarı həm şura özü ləvğ edə bilər, həm də ölkə rəhbərliyi dəyişə bilər:

"Suyun qiymətinin artırılması ilə bağlı qərarı Tarif Şurası verib. Bunun üçün elə bir əsas lazım deyil, istəsələr ləğv edə bilərlər.

Amma belə başa düşürəm ki, bu, qabaqcadan hazırlanmış və əsaslandırılmış bir qərardır. Biz bir müddət əvvəl benzinlə dizelin qiymətində də bu artımı müşahidə elədik. Bu baxımdan qərarın ləvğ olunması inandırıcı deyil”.

Əkrəm Həsənov bildirib ki, benzinlə dizelin qiyməti qalxanda Dövlət Neft Şirkəti qazın qiymətinin qaldırılması ilə bağlı sözügedən şuraya müraciət etmişdi:

"Amma Tarif Şurası o qərarı qəbul etmədi. Bu o demək deyil ki, kommunal xidmət göstərən dövlət müəssisəsi elə hər müraciət əsasında qiymətləri artırsın. Bu dəqiqə dövlət şirkətlərinin fəaliyyətlərinin optimallaşdırılması məsələsi gündəmdədir.

Ona görə dövlət başçısı bu yaxınlarda Azərbaycan İnvestisiya Holdinqini təsis etdi ki, dövlət şirkətləri vahid şəkildə idarə olunsun. Oradakı prinsiplərdən biri də dövlət şirkətləri öz qazancları ilə fəaliyyətlərini təmin etsinlər və dövlətdən daim datasiyalar almasınlar. Söhbət bundan gedirsə, digər sahələrdə də artım ola bilər”. (Qaynarinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu