Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47905
az

Tarixdə bu gün...

12:0001 Fevral, 2021
1354
  • A

1 fevral 1734-cü il...
Erməni yaraqlıları Şipakel mahalının Carcur, Zaruşat və digər kəndlərinə basqın edirlər. Ağır qətliam baş verir. 2150 nəfər günahsız azərbaycanlı dinc sakin vəhşicəsinə qətlə yetirilir.

1 fevral 1992-ci il...
Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ermənilər tərəfindən Talış kəndi istiqamətindən aramsız atəşə tutulur. Top mərmilərindən birinin həyətdəki tut ağaınca dəyərək partlaması nəticəsində bacı-qardaş olan azyaşlı uşaqlar – 27 iyun 1977-ci il təvəllüdlü Ramil Alim oğlu Qarayev, 22 oktyabr 1978-ci il təvəllüdlü Habil Amil oğlu Qarayev, 22 iyul 1980-ci il təvəllüdlü Lalə Alim qızı Qarayeva faciəli şəkildə həlak olurlar.

1 fevral 1992-ci il...
Ermənilərin Xocalı rayonunun Fərrux kəndi istiqamətindəki hücumu nəticəsində 1 nəfər azərbaycanlı qətlə yetirilir.

1 fevral 1992-ci il...
Erməni yaraqlıları Ağdam rayonunun Cinli kəndinə basqın edirlər. Dinc sakin Zahid Şükürov həlak olur, 2 dinc sakin yaralanır.

1 fevral 1992-ci il...
Erməni daşnakları Ağdam rayonunun Xıdırlı kəndi və Qaraağacı məzarlığı istiqamətilərində yenidən hücuma keçirlər. Müdafiə zamanı 12 nəfər azərbaycanlı həlak olur.

1 fevral 1994-cü il...
Bakı dəmir yolu vağzalında ermənilər tərəfindən törədilən terror aktı “Bakı-Kislovodski” sərnişin qatarının partladılması nəticəsində 4 nəfər həlak olur, 20 nəfər yaralanır.

1 fevral 1994-cü il...
Azərbaycanın ermənilər tərəfindən işğal edilən Kəlbəcər bölgəsini işğaldan azad etmək üçün Murovdağ əməliyyatı həyata keçirilir. Əməliyyat uğursuzluqla nəticələnir.
Həftələrlə davam edən bu hərbi əməliyyatlarda çoxlu qurbanlar verilir. Onlarla meyit və yaralı döyüş meydanlarında qalır.

1 fevral 2010-cu il...
Ermənilərin hərbi birləşmələri işğal etdikləri Azərbaycan ərazilərində -Ağdam rayonunda yerləşən Şahbulaq dağının ətəklərində artilleriya təlim-məşğələləri keçirirlər.
Azərbaycanın maddi-mədəniyyət və tarixi-arxeoloji abidələri erməni vandalları tərəfindən dağıdılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO