Xəbər verdiyimiz kimi, dünən ABŞ-ın Donald Kuk (DDG-75) adlı dağıdıcı döyüş gəmisi Kiprin Larnaka limanından ayrılaraq Suriya istiqamətində hərəkət keçmişdi.
“Oxu24.com” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün daha 7 döyüş gəmisi Aralıq dənizinə göndərib.
“USS Harri Truman” təyyarədaşıyan gəmisi yanındakı digər gəmilərlə birlikdə sabah Norfolk limanında ayrılaraq hərəkətə başlayacaq. 6500 nəfərlik heyətlə yola çıxacaq gəmini Almaniyanın “Fırkateyni FGS Hessen” gəmisi də müşayiət edəcək.
Qeyd edək ki, son günlər Suriyada vəziyyətin gərginləşməsindən sonraABŞ-ın sərt açıqlamaları və bölgəyə döyüş gəmiləri cəlb etməsi yeni müharibənin başlaya biləcəyi riskini artırıb.
Oxu24.com
ŞƏRHLƏR