Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə vacib oyundan öncə "Qarabağ" ciddi itki ilə üzləşib.
Oxu24.com sportal.az-a istinadən xəbər verir ki, Ağdam klubu aparıcı futbolçusu Migel Markos Maderanın xidmətindən məhrum olub. İspaniyalı futbolçu 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq.
"Qarabağ" - "Şerif" oyunu avqustun 30-da baş tutacaq. Qurban Qurbanovun kollektivi ilk matçda 0-1 hesablı məğlubiyyət alıb.
Qeyd edək ki, "Qarabağ"da digər ispaniyalı futbolçus Dani Kintana da zədələdir. O, 6 ay futbolsuz qalacaq. Oxu24.com
ŞƏRHLƏR