Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47881
az

Koronavirusla bağlı dəhşətli rəqəm açıqlandı

08:2301 Fevral, 2021
2510
DÜNYA
  • A

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 102 milyonu ötüb.

Oxu24.com  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilat qeyd edib ki, dünyada 2,2 milyon nəfərdən çox insan pandemiyanın qurbanı olub.

Məlumata görə, pandemiya ərzində COVID-19-a yoluxma hallarının sayı 102 083 344-ə çatıb, koronavirusdan 2 209 195 pasiyent ölüb.

ABŞ dünyada virusa yoluxma hallarının sayına görə lider olaraq qalır. Birləşmiş Ştatlarda 25 milyondan çox insanda COVID-19 aşkarlanıb. Koronavirusa yoluxma halları üzrə siyahıda ikinci yerdə Hindistan (10,7 milyondan çox), üçüncü yerdə Braziliya (9 milyondan çox), dördüncü yerdə isə Rusiya (3,8 milyondan çox), beşinci yerdə Böyük Britaniya (3,7 milyondan çox) qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amsterdamda Ukraynaya silah tədarükünə qarşı yürüş keçirilib
21 il sonra ilk: Ərdoğan nazirləri bu saraya topladı
Ukrayna yüzlərlə rusu əsir götürüb


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi