Xaçmaz rayonunda əxlaqsızlıq yuvası aşkar edilib.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarına Xaçmaz rayonu Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının avqustun 25-də, gecə saatlarında keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan iki qadın saxlanılıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır. Oxu24.com
ŞƏRHLƏR