Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47820
az

Bu şəxslərdə koronavirusdan ölüm faizi üçqat çoxdur

10:3731 Yanvar, 2021
2334
  • A

Şizofreniya xəstələrinin COVID-19-dan ölüm ehtimalı digər insanlardan üçqat daha çoxdur.

Publika.az xəbər verir ki, Nyu-York Universitetinin alimləri bu qənaətə gəlib.

JAMA psixiatriya jurnalında yayımlanan məqalədə bildirilir ki, bu qrup xəstələrdə daha yüksək ölüm faizi ürək-damar xəstəlikləri, diabet və digər risk faktorlarından ciddidir.

Tədqiqat müəllifləri 3 mart - 31 may 2020-ci il tarixləri arasında Nyu-York xəstəxanalarında COVID-19 müalicəsi alan 7348 insanın xəstəlik tarixçəsini analiz edib.

Onların 14%-də şizofreniya, əhval pozuntusu və ya psixoloji narahatlığa rast gəlinib. Daha sonra tədqiqatçılar 45 gün ərzində xəstələrin ölüm nisbətini hesablayıb.

Bütün məlumatların təhlili şizofreniyanın ən ciddi risk faktoru olduğunu göstərib.

Belə ki, bu xəstəlik ölüm riskini 2,7 dəfə, 75 yaşdan yuxarı insanlarda isə 35,7 dəfə artırır. Şizofreniyadan sonra ikinci yerdə ürək xəstəliyi ölüm riskini artıran faktorlardan olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Panik atakla ürək tutmasının fərqi –Qorxanlar oxusun

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı