Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47800
az

Nevroz və əsəbə qarşı - UCUZ VASİTƏLƏR

21:3630 Yanvar, 2021
5423
  • A

Apteklərdə satılan bəzi çox ucuz, lakin effektli və sınanmış vasitələr sizə stress, həyəcan və gərginliyi azaltmağa kömək edə bilər.

Qeyd edək ki, bu vasitələr hamilələr, uşaqlar üçün uyğun deyil. Dozanı aşmaq və gün ərzində dəfələrlə istifadə etmək olmaz.

1. Yemişan (boyarışnik) cövhəri

Oxu2.com medicina.az-a istinadən bildirir ki, spazmalitik, damar genişləndirici, hipotenziv təsir edir, venoz təzyiqi qaydaya salır, ürəyin damar keçiriciliyini yaxşılaşdırır.

Kimlərə olar: ürək fəaliyyəti pozulanlar, təzyiq xəstələri, anqionevrozlar, taxikardiya, klimakterik nevroz, səbəbsiz panika, nevrozlar, yuxu pozulması, ürək çırpınması, nevrotik tutmalar

Bir azca suya 10-15 damcı qatıb gündə 1-2 dəfə içmək olar

2. Valerian - pişikotu cövhəri

Göstərişləri: həddən artıq əsəbi oyanıqlıq, nevroz, yuxusuzluq, əsəbə bağlı mədə-bağırsaq spazmları, baş ağrıları, nevrotik ürək sancıları, ürək-damar nevrozları, isteriya.

3. Pion bitkisi cövhəri

Bu möcüzəvi vasitə nevrozlar, depressiya, əsəb gərginliyi, yuxusuzluğa əla təsir edir.

Təzyiqi aşağı olanlar ehtiyatlı olsun. Pion cövhərinin effektini hiss etmək üçün azı 1 ay istifadə etmək lazımdır.

4. Korvalol

Təcili yardımın sevimli dərmanı. Bir çox həkimlər ona qarşıdır. Çünki çox asılılıq yaradır. Amma taxikardiya, nevroza bağlı ürək tutmaları, panik atak, nevroz, psixoloq, yuxusuzluq, əsəb partlayışı zamanı, hətta ölümdən qorxu fikirləri gəldikdə korvalol suya 15-20 damcı qatıb qəbul edin.

Bu dərman asılılıq yaradır və ürək ritmini sakitləşdirir. Ona görə tez-tez istifadə etmək olmaz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO