Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47683
az

Polis Bakıda əməliyyat keçirdi, saxlanılanlar var

15:1529 Yanvar, 2021
3256
  • A

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Q.Vəliyev Suraxanı rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, şəxsi axtarış zamanı 60 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Qaraçuxur qəsəbəsindəki mənzilinə baxış zamanı isə 9 kiloqramdan artıq heroin, 1 kiloqram 880 qram metamfetamin, 525 qram tiryək, 1 kiloqram həşiş, 1900 ədəd metadon həbi və 3 ədəd elektron tərəzi götürülüb.

İdarə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Babayev Nərimanov rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 20 qramdan artıq heroin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzildən 1 kiloqram 780 qram heroin, 560 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı götürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xırdalanda mənzildə meyit aşkarlandı
DİN qanunsuz odlu silahlarla bağlı növbəti çağırış etdi
Filarmoniyadakı əməliyyatla bağlı yeni məlumat: Həbs edilən var

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Xırdalanda mənzildə meyit aşkarlandı