Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47680
az

İstanbulda DƏHŞƏTLİ FƏLAKƏT gözlənilir - 150 milyardlıq itki olacaq

14:4329 Yanvar, 2021
3770
DÜNYA
  • A

Türkiyənin ən böyük əhalisinə sahib İstanbulda baş verə biləcək 7,5 bal gücündə zəlzələ böyük fəlakətlərə səbəb ola bilər.

Publika.az xəbər verir ki, İstanbul Valiliyi Seysmik Riskin Azaldılması və Təcili Hazırlıq Layihəsinin (ISMEP) meneceri Kazım Gökhan Elgin bu barədə danışıb.

Onun sözlərinə görə, İstanbulda böyük maqnitudada zəlzələ 150 milyard dollarlıq zərərə başa gələ bilər: “1999-cu il Mərmərə zəlzələsində 10-15 milyard dollar maddi zərər yaşadıq.

Bu rəqəm ümumi daxili məhsulun 5-7 faizi idi. İstanbul dünyada zəlzələ riski yüksək olan 3 şəhərdən biridir. 15 milyon insan yaşayır.

Hər kvadrat kilometrdə 2840 nəfər məskunlaşıb. Turizm, ticarət və sənaye mərkəzidir. Buna görə də vurula biləcək iqtisadi zərər çox böyük olacaq”.

Qeyd edək ki, mütəxəssislər yaxın zamanlarda İstanbulda böyük miqyasda zəlzələnin ola biləcəyini ehtimal edir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyadakı qətliamı suriyalı həyata keçirib
İlk türk sualtı qayığı təqdim edildi
Zelenski: Ukrayna Rusiyanın planlarına müdaxilə edib


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi