Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47664
az

"Nəvai" postunda gərginlik: Sürücü maşını polislərin üstünə sürdü - ANBAAN  VİDEO

10:1829 Yanvar, 2021
1680
KRİMİNAL
  • A

Azərbaycanda qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs həbs edilib.

Oxu24.com- un xəbərinə görə, yanvarın 28-də 90-UD-678 dövlət nişanlı “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü nəzərədə tutulan saydan artıq sərnişinlə Bakı-Qazax yolu ilə Qazax istiqamətinə hərəkətdə olub.

Qaradağ rayonu ərazisində yerləşən polis postunda Baş Dövlət Yol Polisi (DYP) İdarəsi əmkdaşları tərəfindən mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb.

Daha sonra həmin mikroavtobusun sürücüsünə "Nəvai" postu ərazisində DYP əmkdaşları tərəfindən “saxla” əmri verilib. O, yenə də polisin əmrinə tabe olmayaraq, mikroavtobusu onların üzərinə sürərək yoluna davam edib.

Kürdəmir rayonu ərazisində yerləşən polis postunda DYP əməkdaşları tərəfindən yenə də mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Həmin vaxt o, yenə də polisə tabe olmaq istəməyib və mikroavtobusdan düşərək qaçmağa cəhd edib. Sürücü polisləri təhdid edərək özünə qəsd edəcəyini bildirib. Buna baxmayaraq, DYP əməkdaşları sürücünü saxlayıb və o, Rayon Polis Şöbəsi əməkdaşlarına təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, mikroavtobusun sürücüsü Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Kərimli Mətləb Teymur oğludur.

O da məlum olub ki, onun mikroavtobusu idarə etmək üçün nə D katiqoriyası, nə də etibarnaməsi olmayıb. Mikroavtobus M.Kərimlinin atası Teymur Kərimliyə məxsusdur. Hüququ olmadığı şəxsə avtomobil verdiyinə görə, T.Kərimliyə də protokol tərtib edilib.

Kürdəmir Rayon Məhkəməsi polisə tabe olmadığı üçün M.Kərimliyə 7 sutka həbs qərarı çıxarıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alidə Kazımova qətlə yetirilib
Meyiti tapılan şəxs kim imiş?
Bakıda

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI