Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47650
az

“Sülhməramlılar bunu etsə, ordumuz hərəkətə keçib...” - Əsədullazadə AÇIQLADI

00:1129 Yanvar, 2021
4431
ÖZƏL BÖLÜM
  • A

"Ermənistan rəhbərliyi Qarabağın Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına silahlı qüvvələrini tədricən çıxararaq, bura yeni nizamı silahlı qüvvələr göndərmir. İlk növbədə Azərbaycan prosesə nəzarət edir.

Əgər, Ermənistan yeni silahlı qüvvələr göndərəcəksə, bu yeni toqquşmalara gətirib çıxara bilər. Həmçinin, belə fakt qeydə alınacaqsa, burada əsas məsuliyyət Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür".

 

Pravda.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

 

Politoloq qeyd edib ki, əgər Ermənistanın Qarabağa hərbi qüvvə göndərmək kimi bir niyyəti olsa, ordumuz hərəkətə keçib Laçın dəhlizini bağlamalıdır: "Əgər, Rusiya sülhmərmlı qüvvələri buna şərait yaradacaqsa, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən imtina etməlidir. Azərbaycan öz ərazisinə digər ölkənin silahlı qüvvələrinin buraxılmasına şərait yaradan sülhməramlı missiya əlbəttə öhdəlikləri kobudcasın pozur. Rusiya sülhməarmlı qüvvələri buna gedərsə, ordumuz hərkətə keçib Laçın dəhlizini bağlamalıdır. Hazırda belə faktlar qeydə alınmır. Amma, bunun baş verməsi mümkün ola bilər. Əgər, baş verərsə, hərəkət etmək mütləqdir. Rusiya Ermənistandan yeni hərbi qüvvələrin Qarabağa göndərilməsini istəyir".

 

 

 

M.Ədədullazadə qeyd edib ki, Paşinyan Qarabağ məsələsinin Ermənistan üçün bitdiyini yaxşı bilir:

 

"Ermənistan Azərbaycan və Rusiya hökumət üzvlərindən ibarət yeni komissiya yaradılır. Bu komissiya çərçivəsində Azərbaycan Ermənistandan öhdəliklərə əməl edilməsi tələb edəcək. Bundan əlavə, Baş nazir Nikol Paşinyanda yaxşı bilir ki, Ermənistan üçün Qarabağ məsələsi bitib və bura silahlı qüvvələrini göndərməklə, nəyəsə nail olunacağı mümkün deyil. Hazırda Ermənistan rəhbərliyinin əsas strateji planı Türkiyə və Azərbaycanla normalllaşma prosesinə nail olmaqdır.

 

Dağlıq Qarabağda silahlı erməni birləşmələri, əsasən, Ermənistan silhalı qüvvələrinə tabe deyil. 10 Noyabr üç tərəfli Bəyannəməyə uyğun olaraq silahlı erməni birləşmələri çıxarılmalıdır. Amma, Rusiya bu öhdəliyə əməl etməyərək, siılahlı erməni birləşmələrinin sayını artırır. Qeyd edim ki, burada silahlı ermənilər qaldıqca, azərbaycanlıların bu əraziyə köçməsi mümkün olamayacaq".

 

Politoloq Türkiyə-Rusiya Monitorinq Mərkəzinin əhəmiyyəti haqda bunları deyib: "Türkiyə və Rusiya Monitorinq Mərkəzinə gəldikdə isə, bu sadəcə Türkiyənin Qarabağda rəsmi təmsil olunması üçün bir fəaliyyətdir. Atəşkəsə nəzarət edəcək bir Monitorinq Mərkəzinin fəaliyyəti qanunsuzdur və buna ehtiyac yoxdur. Çünki, Bəyannamənin 4-cü bəndinə uyğun olaraq silahlı erməni birləşmələri çəxarılmaldır. Əgər, silahlı erməni birləşmələri çıxarılacaqsa, belə bir mərkəzin fəaliyyətinə ehtiyac yoxdur. Bu, 10 noyabr Bəyannaməsində göstərilənlərə uyğun deyil. Əgər, silahlı erməni birləşmələri qalırsa, atəşkəs qorunursa, istənilən vaxt ermənilər atəşkəsi poza biləcək.

 

Ümumiyyətlə, Rusiyadan konkret tələb edilməlidirki, 10 noyabr Bəyannaməsinin şərtlərinə əməl etsin və silahlı erməni birləşmələri çıxarılsın. Azərbaycanla Rusiya arasında Laçın Dəhlizi ilə bağlı ciddi fikir ayrılıqları qalır. Hökumət Rusiya ilə danışıqlarda Laçın Dəhlizi üzərində dronlarla müşahidə aparılmasının təşkil edilməsini tələb etməlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu