Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4761
az

Paytaxtda və regionlarda əməliyyat: həbs olunanlar var

22:0825 Avqust, 2018
837
KRİMİNAL
  • A
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən əməliyyat keçirilib.

 Oxu24.com Milli.Az-a istinaden  xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərinin ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Həsənovdan 230 qram heroin götürülüb.

Daha bir əməliyyat Goranboy rayonunda keçirilib.

Əldə edilən məlumat əsasında Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sarovlu kənd sakini Xəqani Rzayev saxlanılıb.

Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Oxşar əməliyyat Lənkəranda da baş tutub. Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Nüvədi kənd sakini Teymur Teymurova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu aşkar edilib.

Hər üç faktla bağlı cinayət işi başlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü