Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47594
az

Dollar bahalaşdı,neft ucuzlaşdı

15:3128 Yanvar, 2021
4803
SON DƏQİQƏ
  • A

Dolların məzənnəsinin artmasının, habelə koronavirus üzündən tələbatın gələcəyinin müəmmalı olmasının təsirilə neft bugünkü hərraclarda bir az da ucuzlaşıb.

Oxu24.com  xəbər verir ki, Bakı vaxtı ilə saat 13:50-yə olan vəziyyətə görə, “Brent” markalı neftin aprel fyuçersləri 0,63 faiz ucuzlaşaraq 55,18 ABŞ dollarından, mart fyuçersləri 0,77 faiz ucuzlaşaraq 55,38 dollardan, WTI markalı neftin də mart fyuçersləri 0,72 faiz ucuzlaşaraq 52,47 dollardan satılıb.

Bununla yanaşı, başlıca pul vahidlərinə qarşı məzənnəsi artan ABŞ dollarının indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşı olan 6 ölkənin valyutalarına qarşı məcmu məzənnə) dünən 0,5 faiz, bu gün də 0,1 faiz artıb. Nəticədə daha çox dollarla satılan neft və s. xammal məhsullarının başqa valyuta sahibləri üçün bahalaşdığına görə həmin məhsullara tələbat azalır.

Koronavirus pandemiyası ilə bağlı vəziyyət də dünya iqtisadiyyatının dirçəlməsinə, o cümlədən neftə tələbatın artmasına dair şübhələrin qalmasına səbəb oldu. Dünən Böyük Britaniyada ölkəyə giriş-çıxışlarla bağlı qaydalar sərtləşdirilib. İki həftədən sonra Ay təqvimilə Yeni İli qarşılamağa hazırlaşan Çində isə əhali bayram tətilləri zamanı imkan daxilində səyahətlərə çıxmamaqla bağlı xəbərdar edilib. Xatırladaq ki, Çin ən böyük neft idxalçısıdır.

“Axi”nin dünya bazarları üzrə eksperti Stefen İnnes “Reuters”ə bildirib ki, koronavirusa qarşı peyvənd işlərinin ləng aparılması cari ilin ikinci rübündə neftə tələbatla bağlı mühüm çətinliklər yaşanacağı şəksiz görünür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın başladı
Gəncədə əməliyyat: 47 nəfər həbs edildi
Baş mühəndis vəfat etdi