Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47574
az

SON DƏQIQƏ! Pilotlar havada \"uçan boşqab\" gördü -  ŞOK VIDEO

08:1528 Yanvar, 2021
3386
  • A
Pakistan Beynəlxalq Hava Yolları” şirkətinin pilotu Pəncab əyalətinin Rahimyar-Xan şəhəri üzərində uçan naməlum obyekt (UNO) gördüyünü bildirib. APA xəbər verir ki, bu barədə “Geo News” telekanalı məlumat yayıb. “Günəş işığının olmasına baxmayaraq, UNO çox parlaq idi”, - deyən pilot gündüz vaxtı çox nadir hallarda belə parlaq bir obyekt gördüyünü qeyd edib. Onun görə, səmada gördüyü parlaq obyekt nə planet, nə də ulduz olub, o bunun Yerə yaxın olan bir “kosmik stansiya” və ya “süni planet” ola biləcəyini düşünür. “Pakistan Beynəlxalq Hava Yolları” şirkətinin nümayəndəsi UNO-nu yanvarın 23-də saat 16:00 radələrində Karaçi-Lahor reysi ilə uçan zaman gördüyünü deyib. Həmin vaxt təyyarə yerdən 10,5 min metr yüksəklikdə olub. “Bunun nə kimi bir obyekt olduğunu demək hələ tezdir. Əslində bunun hansı obyekt olduğunu, ümumiyyətlə, deyə də bilmərik. Ancaq bir şey qeydə alınıb və protokola uyğun olaraq bu barədə məlumat verilib”, - deyə hava yolları şirkətinin nümayəndəsi əlavə edib. Pilotdan başqa, naməlum uçan obyekti bir çox Rahimyar-Xan şəhərinin sakinləri görüb və videolentə alınıb. İnternetdə yayılan həmin videogörüntülərdə gündüz vaxtı səmada parlaq bir nöqtə olduğu aydın seçilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib- FOTOLAR

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı