Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47520
az

Rusiya buğdanın qiymətini bahalaşdırır – Azərbaycanda çörəyin qiyməti artacaqmı?

17:5827 Yanvar, 2021
3040
DÜNYA
  • A

Rusiya martın 1-dən buğdanın ixracına tətbiq etdiyi rüsumu ikiqat artırır. Bu ölkənin Nazirlər Kabinetinin verdiyi qərara əsasən, martın 1-dən etibarən buğda ixracının əlavə vergi dərəcəsi ton başına 50 avroya qədər artırılacaq (əvvəlki qiymət 25 avro idi).
Qarğıdalı və arpa ixracının rüsumu da artırılaraq, uyğun olaraq, 25 və 10 avroya çatdırılacaq. Açıqlamalara görə, Rusiya hökuməti bununla daxili ehtiyacları ödəmək və ərzağın qiymətlərindəki artımın qarşısını almaq məqsədi güdür.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci ildə Azərbaycan, əsasən, iki ölkədən - Rusiya və Qazaxıstandan yumşaq buğda idxal edib. Bunun 940.16 min tonu (198.51 mln.dollar) Rusiyanın, 7.44 min tonu (1.69 mln. dollar) isə Qazaxıstanın payına düşür.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan" agentliyinə bildirib ki, Azərbaycan buğdanı Rusiyadan başqa digər ölkələrdən də alır:"Azərbaycan buğdanı, arpanı yalnız Rusiyadan idxal etmir. Biz Qazaxıstandan da buğdanı idxal edirik".
Deputatın sözlərinə görə, ölkədə taxılın qiymətinin bahalaşmasının qarşısını almaq üçün buğda idxalının əlavə dəyər vergisindən daha 1 il müddətinə azad edilməsi (4 ildir azaddır) gözlənilir: "Bu addımla biz vaxtını uzadacağıq. O da qiymətlərin stabil qalmasına şərait yaradacaq. Mən Rusiyanın buğda, arpa ixracının rüsumlarının artırılmasının bizə mənfi təsir edəcəyini gözləmirəm. Taxıla, una, çörəyə qiymətlər Azərbaycanda necə var, eyni səviyyədə qorunub saxlanılacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada dollar və avro YENƏ BAHALAŞDI
Bu ölkə baza valyutasını dəyişdi -Dollardan İMTİNA ETDİ
İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Lənkəranda 30 yaşlı kişinin    meyiti     tapıldı