Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47510
az

SON DƏQİQƏ! Bakıda əməliyyat: Tutulanlar var

13:4727 Yanvar, 2021
4092
  • A

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini R.Pirverdizadə Xətai rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a  verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 315 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Jaquar” markalı avtomobilə baxış zamanı isə oradan əlavə olaraq 1 kiloqram 635 qram heroin və 1 kiloqram 665 qram metamfetamin tapılıb.

Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şonqar qəsəbə sakini, əvvəllər məhkum olunmuş D.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 5 kiloqram heroin aşkar edilib.

Bundan başqa, Pirallahı polisi tərəfindən keçirilən əməliyyatla rayon sakini, əvvəllər məhkum olunmuş Q.Şərifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Q.Şərifovun evinə baxış zamanı isə 2 kiloqram 100 qram heroin və 2 kiloqram 130 qram müəyyən edilərək götürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heyvanları incidənlərə bəd xəbər
Azərbaycan elminə ağır itki baş verib
"Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur" - Şəmsi Vəfadar

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var