Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4748
az

Sakinlər: “Yadplanetlilər” kəndə hücum edib – Cəlilabadda nə baş verir?

11:4425 Avqust, 2018
2865
CƏMİYYƏT
  • A
 Cəlilabad rayonunda müəmmalı oğruları meydana çıxdığı bildirilir. Onların davamlı şəkildə Alar kəndində yerləşən yaşayış evlərinə daxil olduğu söylənilir. İşin maraqlı tərəfi isə oğrular soyğun etmədən mənzillərə ziyan vururlar.

Turkustan.info xəbər verir ki, bu barədə rayon sakini jurnalist Səid Qərib məlumat verib. Onun sözlərinə görə, hətta oğruları tutmaq üçün səhərədək mülkiyyətinin keşiyini çəkənlər var. Jurnalist iddia edir ki, kənd sakinlərinin gözləri qarşısında oğruların bir anın içində yox olması söz-söhbətləri gəzir. Bu isə insanlar arasında ajiotaj yaradıb. Nəticədə artıq bəzi sakinlər “”yadplanetlilər” Alar kəndinə hücum çəkiblər” – deyir.

Məsələ o qədər şişirdilib ki, bu səbəbdən bəzi şəxslərin kəndin mollasının yanına gedərək duaların yazdırdığı qeyd edilir.

Cəlilabad rayonun hüquq-mühafizə orqanlarından minval.info-ya verilən məlumata görə deyilənlər həqiqəti əks etdirmir: “Əgər burada belə bir hadisə baş versəydi, bizim xəbərimiz olardı”.  /Minval.info/ Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı