Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47452
az

Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar - VİDEO - FOTO

19:5726 Yanvar, 2021
1849
CƏMİYYƏT
  • A

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natavanın dağıdılmış məzarından fotolar və video paylaşıb.

 "Oxu24.com"a istinadən bildirir ki, Deqati Xurşudbanu Natavanın sümüklərinin məzarından çıxarılaraq aparıldığını bildirib:

"Azərbaycanın bütün dövrlərinin görkəmli şairi, Pənahəli xan soyundan olan Xurşudbanu Natavan 1832-ci il avqustun 15-də Şuşada anadan olub.

O, Qarabağın son hökmdarının varisi idi və ailə sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən, mühəndislik sənətinin şah əsəri olan tarixi Şuşa su kəmərinin çəkilməsinə xərcləmişdi.

Natavan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərinin 18-ci əsrə aid kompleksində dəfn edilmişdi.

1992-ci ildə şəhər ermənilər tərəfindən ələ keçirilməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş və məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum.

2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım.

Hər şeyin, ehtimal ki, şairin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natavanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb böyük şok keçirdim.

Şairdən qorxan kimdir?".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı