Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47446
az

Bakıda bu rayonlardakı 17 bina plana düşdü - SÖKÜLƏCƏK

18:4926 Yanvar, 2021
1502
CƏMİYYƏT
  • A

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı 31 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının sakinləri böyük çətinliklərlə üzləşiblər.

Bu barədə bina sakinləri Oxu24.com-un “qaynar xətt”inə şikayətlərində bildiriblər. Vurğulanır ki, binanın zirzəmisini su basıb.

Qış vaxtı olmasına baxmayaraq, bloklar, mənzillər ağcaqanad və digər həşəratlarla dolub. Üfunət iyindən dayanmaq mümkün deyil.

Ən təhlükəli vəziyyət isə binada dağıntıların baş verməsidir. Mənzillərin çoxunun eyvanında uçqun baş verib.

Məsələni araşdırmaq üçün Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə verilən məlumata görə, həmin bina xüsusi təyinatlıdır. Bu səbəbdən yaşayış binası 2 saylı xüsusi təyinatlı MKTB-nin 113 saylı mənzil-kommunal istismar sahəsinin balansındadır.

“Bu bina xüsusi təyinatlı binalardandır. Onların problemi ilə birbaşa olaraq 113 saylı mənzil-kommunal istismar sahəsi məşğul olmalıdır”, - deyə qurumdan bildirildi.

2 saylı xüsusi təyinatlı MKTB-nin 113 saylı mənzil-kommunal istismar sahəsinin sədri Məhəmməd Qasımov BAKU.WS-ə açıqlamasında bildirdi ki, əslində həmin bina Bakı meriyasının balansındadır.

“Bu binalar Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Qurumun balansında 11 minə yaxın bina var. Binaların 80 faizi istismar müddətini başa vurub.

Hər il 500-ə yaxın binanın dam örtüyü təmir edilir. Bu işlər əsaslı ardıcıllıq əsasında həyata keçirilir. Natavan 1, Q. Süleymanov 9 , N.Həşimli 7 ünvanlarında yerləşən binalar əsaslı təmir edildi.

İşlər sıralama qaydası ilə həyata keçirilir. Bu il də Asəf Zeynallı küçəsi 31 ünvanında yerləşən bina təmir ediləcək”.

Qeyd edək ki, bu problemdən təkcə Asəf Zeynallı küçəsi 31 ünvanında yerləşən binada deyil, paytaxtdakı bir çox başqa tikililərdə məskunlaşan sakinlər də əziyyət çəkirlər.

Ekspertlərin fikrincə, hazırda Bakı şəhərində “Xruşovka”ların çoxu istismar müddətini bitirmiş və istismara yararsızdırlar. Bəziləri isə istismar müddətini bitirsə də, hələlik onlardan istifadə etmək mümkündür.

Memarlıq Bürosunun əməkdaşı Çingiz Ağarzayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, Sovet dövründə tikilən yaşayış binalarının (“Xruşovka”) ömrü 50 il nəzərdə tutulur.

“Bu binaların sökülüb yerində yeni bina tikilməsi isə müəyyən proses keçməlidir.

Həmin binalara Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirməlidirlər. Baxışdan sonra tikiliyə qəzalı olub-olmaması barədə rəy verilməlidir. Bu rəydən sonra aidiyyəti quruma məlumat verilməlidir və binanın sökülməsi barədə qərar çıxarılmalıdır.

Söküntüdən sonra binanın yerində relyefə və normalara uyğun tikinti aparılmalıdır.

Azərbaycan standartlarının normaları var. Bu normalar bölgənin sıxlığından asılı olur”, - deyə ekspert bildirib.

Çingiz Ağarzayevin sözlərinə görə, Bakıda elə binalar var ki, FHN rəy bildirib, lakin hələ də sökülməyib.

Bakı şəhər İcra Hakimiyyətindən isə BAKU.WS-ə bildirilib ki, 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi və Nazirlər Kabinetinə təqdim etdiyi istismara yararsız olan qəzalı binaların sayı 17-dir.

“Bu 17 binanın çoxu Sabunçu rayonu ərazisindədir. Bundan başqa Xətai, Səbail, Nərimanov, Yasamal rayonu ərazisində də var. 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı hələlik qeydiyyat olmayıb. Söküntü işləri həyata keçiriləcək. 

Söküləcək bina hansı rayondadırsa, onun söküntüsü və tikintisi həmin rayonun icra hakimiyyətinə tapşırılır. Elə bina var ki, istismar müddəti bitsə də, onun vəziyyəti yaxşıdır. Lakin vaxtından əvvəl istismara yararsız vəziyyətə düşən tikililər də var”, - qurumdan bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ