Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47425
az

Biz azərbaycanlılara bayraq paylamamışıq – Pakistanlı nazir

15:5326 Yanvar, 2021
1807
  • A

Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qüreyşi ölkəsinin Azərbaycana dəstəyindən danışıb.

Sfera.az xəbər verir ki, nazir yanvarın 24-də Pakistanın Pəncab əyalətinin Multan şəhərində keçirdiyi mətbuat konfransında deyib ki, onun ölkəsi daima müttəfiqlik prinsipinə uyğun davranır.

Nümunə kimi xarici işlər naziri ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibəni göstərib.

Məhdum Şah Mahmud Qüreyşi bildirib ki, Pakistan və Türkiyə Azərbaycana işğal altında olan torpaqlarının geri qaytarması işində açıq dəstək verib və 44 günlük savaşda qazandığı böyük uğurlara görə Azərbaycanı təbrik edib.

Nazir bildirib ki, həmin dəstəyi Azərbaycan yüksək qiymətləndirib, Azərbaycan Ordusunun zəfərini qeyd edərkən vətəndaşlar küçələrdə Türkiyə ilə yanaşı Pakistanın da dövlət bayraqlarını dalğalandırıblar:

"Biz onlara bayraq paylamamışıq. Bu, insanların səmimi duyğularının, Pakistana bəslədikləri rəğbətin təcəssümüdür”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO