“İranlı həmkarımla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”.
Oxu24.com -un xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.
O bildirib ki, tərəflər noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrasından məmnun olduqlarını bəyan ediblər.
“Bundan sonra əlaqələrimiz daha səmərəli inkişaf edəcək. Regional kommunikasiyaların bərpası, infrastruktur layihələrinin miqyasının genişləndirilməsi regiona yeni fürsətlər qazandıracaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR