Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47415
az

Yeni nazir Rəşad Nəbiyev kimdir? (DOSYE)

13:2926 Yanvar, 2021
3326
ÖZƏL BÖLÜM
  • A

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbiyev Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar naziri təyin edilib.

Oxu24.com  xəbər verir ki, Rəşad Nəbi oğlu Nəbiyev 1977-ci il avqustun 26-da doğulub. 

1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
 
1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışıb. 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək, 2006-cı ildə "Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

Azərkosmos ASC-yə sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli Sərəncamına əsasən Azərkosmos ASC-nin sədri vəzifəsinə təyin edilmişdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Brüsselə arvadını da aparıb - daha kimlər var? - SİYAHI
SON DƏQİQƏ! Azərbaycanda pensiya ilə bağlı bu qərar dəyişdi
Naxçıvanski adına Hərbi Liseydə milyonlarla mənimsəmə aşkar edilibmiş...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı