Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4741
az

Göyçayda dəhşət:Maşın iki yerə bölündü - Bir ailənin 4 üzvü öldü +

09:4325 Avqust, 2018
1621
KRİMİNAL
  • A
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com "Report"a istinadən bildirir ki, Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Göyçayda yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub. "Mercedes" markalı avtomobillə "VAZ-2106"nın toqquşması nəticəsində ikinci maşının Ənvər adlı sürücüsü və sərnişinlər - Səlimov Ramin Azər oğlu, Səlimova Gülnar Nağı qızı və onların 8 yaşlı övladı Səlimov Azər Ramin oğlu aldıqları xəsarətlərdən ölüblər.

Daha 7 nəfər şəxs, "VAZ"ın digər sərnişinləri - 1963-cü il təvəllüdlü Salmanova Qənimət Yüsif qızı, Salmanov Ülvi Ümid oğlu (2015), Salmanova Həcər Ramin qızı, Salmanova Aygün Ənvər qızı (1993) və "Mercedes" markalı avtomobilin sürücüsü, Abdullayev Akşin, onun sərnişinləri Cahangirov Zahir Qədir oğlu (1989) və Əhmədova Aygün Ənvər qızı (1993) yaralanaraq xəstəxanaya yerləşdiriliblər.




Hadisə hər iki avtomobil müxtəlif toy mərasimlərindən qayıdan zaman baş verib. Zərbənin gücündən "VAZ-2106" markalı avtomobil 2 hissəyə bölünüb.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

Teymur Rəcəbovu “Peaky Blinders” obrazında paylaşdılar- Foto

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İcra başçısının müavininə hücum edildi- Rəsmi açıqlama