Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47406
az

Bu şəxslər  məcburi şəkildə vaksinasiya olunacaqlar - VİDEO

10:0326 Yanvar, 2021
2717
  • A

Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb olunacağı maraqla gözlənilir.

Oxu24.com  xəbər verir ki, bundan əvvəlki təcrübələrdə müəllimlərdən koronavirus testi tələb edilirdisə, hazırda ölkədə kütləvi vaksinasiya prosesi gedir.

Ötən brifinqdə vaksinasiya prosesinə müəllimlərin cəlb ediləcəyi açıqlanmışdı. Kütləvi yoluxmaların qarşısını almaq üçün Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunması nəzərdə tutulub.

Ölkədə fəaliyyət göstərən 151 min müəllimin 37 faizinin yaşı 60-ın üzərindədir. Risk qrupunda olan müəllimlərin vaksinasiya prosesi heç də könüllülük prinsipi əsasında həyata keçirilməyəcək.

"Yaş riskinə aid olan müəllimlər könüllü deyil, məcburi şəkildə qoşulacaq. Ona görə onlar gündəlik olaraq azyalı uşaqlarla təmasdadırlar", - deyə təhsil eksperti Kamran Əsədov bildirib.

ARB24-ün hazırladığı süjeti təqdim edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qar yağacaq - XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi
Nazirdən yeni təyinat

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb