Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47367
az

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür - Politoloq AÇIQLADI

18:2525 Yanvar, 2021
2233
SİYASƏT
  • A
Ötən ilin 10 noyabrından etibarən Rusiya sülhməramlılarının iştirakı ilə Dağlıq Qarabağa xeyli sayda erməni ailələri köçürülüb. Buna baxmayaraq, Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olduğu yerlərinə azərbaycanlıların köçürülməsi ləngiyir. Sfera.az bunun nədən qaynaqlandığını öyrənməyə çalışıb. Politoloq İlqar Vəlizadə azərbaycanlıların köçürülməməsinin texniki səbəblərlə əlaqələndirib: "Texniki məsələ ondan ibarətdir ki, bu illər ərzində ermənilər azərbaycanlıların yaşadığı evləri zəbt edərək, orada yaşayırlar. İndi də guya həmin evlər onların adınadır. Azərbaycanlıların qayıtması üçün bu ünvanları dəqiqləşdirməli, sənəd tərtib etməliyik. Soydaşlarımız bu ünvanlara mütləq qayıdacaq. Heç kəsin buna şübhəsi olmasın”. Politoloq burada təhlükəsizliklə bağlı məqamların da olduğunu bildirib: "Proses təhlükəsizlik şəraitində baş verməli və ardıcıllıq, planlı şəkildə həyata keçməlidir. Təəssüf ki, regionda hələ də separatçı qüvvələr fəaliyyət göstərir. İlk növbədə onlar zərərsizləşdirilməlidir. Nə qədər ki, Araik Arutunyan, Babayan və digərləri orada fəaliyyət göstərir, azərbaycanlıların həmin ərazilərimizə qayıtması bir qədər təhlükəli olacaq. Bu prosesin təmin edilməsində isə sülhməramlılar da iştirak etməlidir”. Politoloq bu məsələnin həllində Türkiyə hərbçilərinin də yer aldığı Monitorinq Mərkəzinə ümid edir: "Türkiyə sülhməramlılarının gəlişi ilə Monitorinq Mərkəzi fəaliyyətə başlayacaq. Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də məhz azərbaycanlı məcburi köçkünlərin öz doğma el-obalarına qayıdışının təmininatı və separatçı qurumların ləğv edilməsidir” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Prezident onu təltif etdi
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb