Məşhur italiyalı kinoprodüser Alberto Qrimaldi 96 yaşında dünyasını dəyişib.
“Report” İtaliyanın “Corriere della Sera” nəşrinə istinadən xəbər verir ki, o, 1997-ci ildə köçdüyü ABŞ-ın Florida ştatının Mayami şəhərində vəfat edib.
Qeyd edək ki, A.Qrimaldi, ilk növbədə, “Parisdə sonuncu tanqo”, “Yaxşı, pis, zalım” və “Nyu-Yorkun bandaları” filmləri üzərindəki işi ilə məşhurlaşıb. Prodüserin əməkdaşlıq etdiyi rejissorlar arasında Bernardo Bertoluççi, Federiko Fellini, Sercio Leone, Martin Skorseze olub.
Oxu24.com
ŞƏRHLƏR