Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4735
az

Toy karvanında maksimum 5 maşın olmalıdır - Sürücülərə xəbərdarlıq

23:0124 Avqust, 2018
703
CƏMİYYƏT
  • A
 Yol polisi toy karvanları ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Oxu24.com xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) bölmə rəisi Vaqif Əsədov "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, ilin əvvəlindən bu günə qədər toy karvanlarında 11 yol nəqliyyat hadisəsi baş verib.

Bu hadisələr zamanı 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Buna görə də BŞDYPİ toy sahiblərinə təklif edir ki, toy karvanlarında maksimum 5 avtomobil iştirak etsin. Eyni zamanda, bu avtomobillər karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etsinlər. Hətta bununla bağlı yol polisi animasiya da hazırlayıb.

V. Əsəsdov onu da bildirdi ki, toy karvanında hərəkət edən sürücülərin böyük əksəriyyəti yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Elə buna görə də polis son illər toy karvanlarına nəzərati daha da gücləndirib.

Qeyd edək ki, ilin əvvəlindən bu günə qədər bəy-gəlini müşayiət edən sürücülər yol zolaqlarının lüzumsuz olaraq tutulması, yeri gəldi-gəlmədi səs siqnalından istifadə etdiyi, qarşı hərəkət zolağına çıxaraq nəqliyyatın hərəkətinə mane olduğu üçün 100 sürücü barəsində inzibati qaydada protokol tərtib edilib. Toy karvanında avtoxuliqanlıq edən 10 sürücü isə aşkar edilərək barələrində məhkəmə qərarı ilə inzibati həbs qərarı çıxarılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı