Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47343
az

Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar

09:5825 Yanvar, 2021
3208
TİBB
  • A

Məlumdur ki, koronavirusa yoluxmuş bir çox insanlarda dad və iybilmə duyğusu itir.

“Report” xəbər verir ki, “Sputnik” radiosuna müsahibəsində Rusiyanın tanınmış nevroloqu, neyrofizioloqu Aleksandr Budik iybilmə və dadbilmə hisslərinin qısa zamanda bərpası üsullarından danışıb.

Onun sözlərinə görə, COVID-19-a yoluxma zamanı dad və iybilmə hisslərinin itməsi problemlərinin yaranma səbəbləri hələ tam müəyyənləşdirilməyib. Güman olunur ki, yoluxma zamanı ağız suyunun tərkibi pozulur, buna görə dadverici maddələr daha sürətli dağılaraq dadverici reseptorlara çata bilmir. Başqa nəzəriyyəyə görə, reseptorlar özləri zədələnir, təkcə dad yox, həm də iybilmə hissi itir.

Həkimin sözlərinə görə, yoluxma zamanı maddələri qəbul edən həssas hüceyrələr və ya sinirlər, keçiricilər zədələnir.

Adətən koronavirusa yoluxanlarda xəstəliyin lap əvvəlində qoxubilmə və dadbilmə hissləri itir, amma iki həftə sonra hər şey bərpa olunur. Ancaq bəzi insanların hətta sağalmadan aylar sonra da bu pozuntulardan əziyyət çəkməsi hallarına tez-tez rast gəlinir.

Aleksandr Budik iybilmə və dadbilmə hisslərini geri qaytarmaq üçün xüsusi təlimi məsləhət görür. Onun sözlərinə görə, hər gün bir neçə dəfə 20 saniyə ərzində müxtəlif qoxuları qəbul etmək lazımdır. Bunlar güclü ətirlər olmalıdır. Qərənfilin, sarımsağın, darçının iylənilməsi lazımi orqanları fəal işləməyə məcbur edəcək.

"Orqanizm diqqəti işə fəal cəlb olunan orqana yönəltməyə başlayır və bütün resurslar həmin orqanın işini daha sürətlə bərpa etməsinə yönəlir. Əlavə terapiya kimi buruna A vitamini məhlulunu damcılatmaq, bir həftə ərzində “Omeqa-3”dən istifadə etmək olar", - deyə Budik tövsiyə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Lənkəranda 30 yaşlı kişinin    meyiti     tapıldı