Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47322
az

Telegram bu ölkədə ən çox yüklənən əlavə oldu

22:1824 Yanvar, 2021
1531
CƏMİYYƏT
  • A

Telegram sosial platforması ABŞ-da yüklənmə sayına görə ikinci olub.

Oxu.24.com facemark.az-a istinadən bildirir ki, tətbiq 6 yanvar həftəsindən başlayaraq 545 000 dəfə yüklənib, bu isə ondan öncəki həftə ilə müqayisədə 3 dəfə çoxdur.

Bu ölkədə aktiv bir şəkildə yüklənən messencer isə ABŞ-da etirazlar fonunda sabiq prezident Donald Tramp-ın hesabını bağlayan Twitter olub. Bu, həmçinin ona görə baş verib ki, Apple və Google prezidentin dəstəkçilərinin istifadə etdiyi Parler sosial əlavəsini öz mağazalarından siliblər. Nəşr Telegram-ın ABŞ-da ən çox yüklənən ikinci tətbiq olması ilə bağlı onun qurucusu Pavel Durovdan şərh istəsə də xəbəri yazıldığı gün o buna cavab verməyib.

Maryland Universitetinin informasiya araşdırmaları üzrə professoru, Cen Qoldbek nəşrə verdiyi müsahibəsində deyib ki, Telegram üzərindən əlaqənin kəsilməsi ehtimalı az olduğundan, Tramp dəstəkçiləri Parler-in əvəzinə bu sosial şəbəkədən istifadə edə bilərlər və dəstəkçilər üçün uzunmüddətli bir yuva ola bilər. Əgər mesajlaşma tətbiqini yalnız sağçı qruplar istifadə edərlərsə, bu halda Apple və Google bir qədər nəzarəti təmin edə bilər. Ancaq Telegram insanların qanun çərçivəsində istifadə etdiyi, geniş yayılmış bir platformadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu