Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47286
az

SON DƏQİQƏ! "Azəriqaz"dan şad xəbər: Güzəşt  olacaq...

14:4824 Yanvar, 2021
13858
REDAKTORUN SEÇİMİ
  • A

2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə üzləşiblər.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  Oxu24.com-a  daxil olan məlumata görə, xüsusən şimal bazarlarında Azərbaycan kənd təsərrüfatı məhsullarının satışına müxtəlif yollarla ayrı-ayrı vaxtlarda qadağa tətbiqi yerli istixana fəaliyyəti ilə məşğul olan sahibkarların işinə də təsirsiz ötüşməyib.

Bu baxımdan qazdan istifadə edən böyük qeyri-əhali qrupu kimi istixanaların ödənişlərində çətinliklər yaşamasını “Azəriqaz” İstehsalat Birliyi də anlayışla qəbul edir:

"Ölkədə sahibkarlığın inkişafına Birliyimiz də həssaslıqla yanaşır və buna görə də istixana sahibləri üçün növbəti dəfə ödənişlərini icra etməkdə güzəştli variantın tətbiqinə təşəbbüs göstəririk.

Belə ki, istixanalar mövcud borclarının 50 %-ni ödəməklə, qalan hissəsini mart ayından etibarən ödəməyə başlaya bilər.

Qeyd edək ki, ötən il pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün də belə bir addım atılmışdır. Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılmışdır.

Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində 227, Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində 210, Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində isə 254 istixana sahibkarlıq subyekti fəaliyyət göstərir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın: Yaralı var
Taleh Kərimov qəfil vəfat edib
Gürcüstan niyə matəm elan etdi?

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb