Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47265
az

SON DƏQIQƏ! Türkiyə azərbaycanlının öldürüldüyü gəmi ilə bağlı hərəkətə keçdi

08:4024 Yanvar, 2021
2928
REDAKTORUN SEÇİMİ
  • A
Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb. APA "Anadolu"ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Hazırda gəminin Qabona doğru hərəkət etməsi ilə bağlı məlumat əldə olunub. M.Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib. Məlumatda Türkiyənin başda Abuja olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərinin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir. Xatırladaq ki, Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın: Yaralı var
Taleh Kərimov qəfil vəfat edib
Gürcüstan niyə matəm elan etdi?

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb