Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47256
az

Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb

23:4523 Yanvar, 2021
2010
CƏMİYYƏT
  • A

23 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində Lənkəran şəhərinin Zövlə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 2007-ci il təvəllüdlü Cəfərov Burxan Nəriman oğlunun axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.

Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Hazırda axtarışlar B.Cəfərovun itkin düşdüyü ehtimal olunan ərazidən keçən Ulumçay çayının sahil zolağında, çayətrafı və ora yaxın ərazilərdə aparılır.

Əlavə məlumat veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Füzulidə GÜCLÜ PARTLAYIŞ -Xəsarət alan var
Qadın sağlamlığı üçün 5 vacib qida
Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri AÇIQLANDI


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Narkokuryerlikdə şübhəli bilinən qadın saxlanıldı