Cənub-şərqi Nigeriyada maye qaz daşıyan avtomobilin partlaması nəticəsində azı 30 nəfər həyatını itirib.
Oxu24.com-un məlumatına görə, bu barədə yerli “The Nation” qəzeti xəbər yayıb.
Aqbor şəhərindəki yanacaqdoldurma məntəqəsində paylama şlanqında baş verən sızma nəticəsində partlayış baş verib. Partlayış o qədər güclü olub ki, stansiyaya yaxın 30-dan çox evə ziyan dəyib.
Partlayışdan sonra yanğın başlayıb. İnsanların çoxu evlərində ölüb. 17 yaralı ağır yanıq xəsarətləri xəstəxanaya aparılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR