Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47231
az

Saçlar niyə erkən ağarır və bunun qarşısını necə almaq olar?

20:5423 Yanvar, 2021
971
CƏMİYYƏT
  • A

Saçların erkən ağarması hallarına tez-tez rast gəlmək olar. Bəzən saçların ağarması 20 yaşından da əvvəl ortaya çıxır. Yəni saçlar təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər.

Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik, məsələn, mədə-bağırsaq traktının problemləri, qaraciyər, böyrəklər, endokrin xəstəliklər səbəbindən melanin sintezindəki yavaşlama nəticəsində baş verir.

Bundan başqa, erkən ağarmanın səbəbi uzun müddətli depressiya və ya irsiyyət ola bilər. Həddindən artıq sıx elastik bantların və saç vasitələrinin  istifadəsi, balanssız qidalanma və alkoqoldan normadan artiq istifadə də problemin inkişafına səbəb ola bilər.
Saçların erkən ağarmasına  səbəb olan amili  aradan qaldıraraq proses dayandırıla bilər. Əvvəlcə analiz  vermək nəticəsinə əsasən  pəhrizə dəyşiriklikl  və ya qidaya əlavə bioloji vasitələrdən istifade edilir.
Melanin istehsalı B qrupu vitaminləri, pantenol və fol turşuları ilə stimullaşdırılır və sağlam saçlar üçün manqan, yod, dəmir, sink də lazımdır. Pəhrizdə bu qidalarla zəngin olan balıq və dəniz məhsulları, pendir, paxlalılar, toyuq, badam və tərəvəz kimi qidalar olmalıdır.
Eyni zamanda, ağ tükləri qoparmaq və ya qırmağa dəyməz, çünki bu folikul travmasına və hətta keçəlliyə səbəb ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alimlər xiyar qabığında təhlükəli maddə aşkar etdilər - Diqqətli olun
Füzulidə GÜCLÜ PARTLAYIŞ -Xəsarət alan var
Qadın sağlamlığı üçün 5 vacib qida


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Narkokuryerlikdə şübhəli bilinən qadın saxlanıldı