Türkiyədə koronavirusun mutant variantı aşkarlanıb.
Oxu24.com xəbər verir ki, mutant virus son günlərdə yoluxmanın azaldığı Tunceli vilayətində 1 nəfərdə tapılıb.
Əldə olunan məlumata görə, bir həkim şəhərdən kənardakı səfərindən geri qayıtdıqdan sonra boğaz ağrısı hiss edib və COVID-19 testi verib. Test nəticəsində onda mutant virus müəyyən olunub.
O, təmasda olduğu 4 nəfərlə birgə karantinə alınıb.
Oxu24.com
ŞƏRHLƏR