Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşa şəhərinə gedib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, P. Bülbüloğlu Şuşa şəhərinə gəlişi zamanı uzun illərdən sonra atasının evini ziyarət edib.
Səfir jurnalistlərə açıqlamasında ata evini təmir etdirəcəyini, burada Bülbülün ev-muzeyinin yenidən bərpa ediləcəyini bildirib.
Şuşada olarkən incəsənət xadimləri həmçinin Cıdır Düzündə olub, Bakıdan Şuşa şəhərinə gətirilən abidələrə baxıb.
Oxu24.com
ŞƏRHLƏR