Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47209
az

Moskvada mitinq – Yaralılar var, Navalnının xanımı meydana gəldi

18:1023 Yanvar, 2021
1201
SİYASƏT
  • A

Rusiyanın paytaxtı Moskvanın Puşkin meydanında keçirilən aksiyada nümayişçilər ilə polis arasında qarşıdurma olub.

Polis aksiya iştirakçıları və çəkiliş aparan jurnalistlərə qarşı zor tətbiq edib.

İlkin məlumata görə, insident nəticəsində bir neçə nəfər yaralanaraq meydandan çıxarılıb.

Qeyd edək ki, mitinqə Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da qoşulub. O, az öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu gün bütün ölkəboyu keçirilən mitinqlərdə polis tərəfindən saxlanılan dinc nümayişçilərin sayı minə yaxındır. Nümayişlər davam edir.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.

A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 70 milyona yaxın izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin ABŞ-ın Nyu-York, Avropanın Paris və Amsterdam, İsrailin Təl-Əviv şəhərlərində kütləvi mitinqlər planlaşdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ ölkələri BMT TŞ-nin təcili iclasını çağırır
"Hizbullah"ın yeni lideri kimdir? -DOSYE
Tramp uduzsa, görün nələr olacaq...

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var