Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47201
az

SON DƏQİQƏ! Bakıda əməliyyat: Tutulanlar var (VİDEO)

16:0323 Yanvar, 2021
1482
KRİMİNAL
  • A

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları  daxil olmuş əməliyyat məlumatı əsasında vətəndaş Elşən Kərimovu saxlayıb.

DİN mətbuat xidmətindən  Oxu24.com-a verilən məlumata görə, həmin şəxsdən Cəlilabad rayonunda qanunsuz yolla əldə edib gizlətdiyi külli miqdarda – 14 kiloqram 252 qram narkotik vasitə heroin, 1 kiloqram tiryək, 896 qram psixotrop maddə olan metamfetamin, o cümlədən 323 ədəd satışı qadağan olunan güclü təsiredici dərman “preqabalin” və 0,144 qram “metadon” aşkar olunaraq götürülüb. 

Faktla əlaqədar Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Elşən Kərimov barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə Bülbülə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - Teymur Cəfərov və Anar Əliyev saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ustalar hündürlükdən yıxıldı - Ölən var

Azərbaycanda müəllim intihar etdi -FOTO
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var