Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4718
az

Toyuna iki gün qalmış qaçırılan gəlindən ŞOK XƏBƏR - TƏFƏRRÜAT

11:4224 Avqust, 2018
1980
CƏMİYYƏT
  • A
Salyan rayonu Qaraçala qəsəbəsində toydan 2 gün əvvəl gəlin başqasına qoşulub qaçıb. Gəlin rayonun düzənlik kəndindən olub. Məlumata görə, oğlan evi gəlin gətirməyə hazırlaşarkən qızın qaçdığını öyrəniblər. Oğlan da qısa zamanda kənddə başqa bir qızla ailə qurub.

Qaraçala qəsəbə sakinlərinin Publika.az-a verdiyi məlumata görə, qaçan qızla oğlan bir ildən çox nişanlı olub. Bu müddət ərzində aralarında ciddi bir narazılıq olmayıb. Artıq qız toyu da olub.

Məlumata görə, toydan iki gün əvvəl heyvankəsdi mərasimi zamanı qız qaçıb. Bu zaman isə oğlan evində artıq toya bütün hazırlıqlar başa çatıb, dəvətnamələr paylanıb, gəlinlik paltarı da hazır olub.

Oğlanın ailəsi kasıb olduğundan çəkdiyi xərcin hədər getməsini istəməyib. Ona görə də iki gün ərzində qohumlardan bir neçə qıza elçi düşüb. Onlardan biri oğlanla ailə qurmağa razı olub və toy mərasimi baş tutub.

Əldə etdiyimiz məlumata görə, qızı qaçıran şəxslə qızın ailəsi arasında ədavət olub. Belə ki, bir müddət əvvəl həmin oğlan qızın qohumlarından birini boşayıb. Aralarında ədavət olduğundan qızın toyuna iki gün qalmış onu qaçırıb. İndi qızın harada olduğu və ya həmin şəxslə öz istəyi ilə qaçdığı, yoxsa zorla qaçırıldığı bilinmir.

Hazırda qızın cehizləri oğlan evində, qız üçün alınmış zinət əşyaları isə qızdadır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi