Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.
Oxu24.com xəbər verir ki, jurnalistlərdən biri Prezidentə “Sincara hərbi əməliyyat təşkil edilə bilərmi” sualını ünvanlayıb.
Ərdoğan sualı belə cavablandırıb:
“Ortaq əməliyyatları hər zaman həyata keçirməyə hazırıq. Amma bunları açıqlamaqla əməliyyatlar keçirilməz. Mənim məşhur bir sözüm var – bir gecə anidən gələ bilərik”.
Qeyd edək ki, İraqın şimal-şərqində yerləşən Sincar Türkiyəyə yaxın mövqedədir və burada İŞİD terror qruplaşması məskunlaşıb.
Oxu24.com
ŞƏRHLƏR