Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47120
az

QANUN DƏYİŞİR: bu cərimələr azaldılır

15:5422 Yanvar, 2021
1655
SON DƏQİQƏ
  • A

Azərbaycanda avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir.

Bununla bağlı Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, avtoxuliqanlıq hallarının törədiləməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Hazırda isə cəzalar daha artıqdır. Belə ki, məcəllənin hazırki eyni bəndinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. (trend)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ramazan və Qurban bayramlarında neçə gün   evdə  olacağıq?
Bəzi ərazilərdə  işıq    olmayacaq
DYP müraciət yaydı

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Avtomobil hasara çırpıldı- Ölən və xəsarət alan var