Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4712
az

Qiyamət günü nələr yaşanacaq? - İnanılmaz dəhşətlər, Əzrayılın ölümü və... - Tükləriniz BİZ-BİZ OLACAQ

10:2424 Avqust, 2018
4654
MARAQLI
  • A
“Qurani-Kərim”də Qiyamət günü yaşanacaq hadisələr, mələklərin ölümü və baş verəcək digər olayları təqdim edir:

1. Qiyamət gününün gəldiyi vaxt yaxınlaşarkən Allah ipəkdən daha yumşaq bir külək göndərəcək. Bu külək qəlbində zərrə qədər imanı olan hər kəs daxil olmaqla, Yer üzündəki insanların ruhunu bədənindən ayıracaq.

2. Qiyamət sadəcə, şərli insanların üzərində qopacaq.

3. Sonra Allah İsrafilə "Sur"u üfləməsi üçün əmr edəcək. Üfləmənin təsiri ilə Allahın dilədikləri xaric olmaqla, yer və göydə olan hər şey sarsılacaq. Dünya bu sarsıntının nəticəsində 40 il viran qalacaq. Yerin səthində həyata dair heç bir iz qalmayacaq.

4. Dünyada hər şey torpağın altında olacaq. Nə Rusiya, nə Almaniya, nə ingiltərə, nə Fransa, nə də Çin. Heç biri olmayacaq. “Rəsulum, sənə dağlar haqqında sual verəcəklər. De ki, rəbbim onları üfləyib sovuracaq (Taha 105). “Beləcə, yerlərini dümdüz, boş buraxacaq. Orada nə eniş, nə yoxuş görməyəcəksən (Taha 107).

5. İnsanlar öləcək. Mələklər öləcək. Cinlər öləcək. Mələklər Allaha ölümlə bağlı sual verəndə Allah onlara xatırladacaq ki, “Hər nəfis ölümü dadacaq” (Ənbiya 35).


6. Mələklər dedi ki, Ya rəbb, biz bəsit ruhlar deyilik, biz xalis ruhlarıq. Allah isə buna cavab olaraq bu ayəni təcəlli etdi: “Yer üzündə olan hər canlı yox olacaq” (Rəhman 26).

Mələklər isə dedi ki, Ya Rəbb, biz yer üzündə deyil, səmadayıq. Allah isə yeni bir ayə göndərdi: “Onun zatından başqa hər şey yox olacaq. Hökm onundur və siz ancaq ona döndürüləcəksiniz. (Qasas 88).

Mələklər isə səcdəyə qapandı və dedi ki, “Əbədi və tək Allaha tapırıq”.

7. Mələklər öldü. Cinlər öldü. İnsanlar öldü. Yerdə və göydə nə varsa, hamısı öldü. Ölüm mələyindən başqa. Allah isə ölüm mələyindən soruşdu: "Ölüm mələyi! Yaratdıqlarım arasında kimlər qaldı yerdə?" Əzrail isə dedi ki, Ey Allahım, Cəbrayıl, Mikayıl, İsrafil və qarşında duran bu qulundan başqa heç kim qalmayıb. Allah isə buyurar: Ey ölüm mələyi, Cəbrayılın ruhunu al. Və Cəbrayılın ruhu alınar.

- Kim həyatda qaldı?

- İsrafil, Mikayıl və bu aciz qulun.

- Ey ölüm mələyi, Mikayılın ruhunu al.

Və ölüm mələyi Mikayılın ruhunu alar.

- Ey ölüm mələyi, İsrafilin ruhunu çıxar.

Və ölüm mələyi İsrafilin ruhunu çıxarar. Sonra Allah soruşar: Ey ölüm mələyi, geridə kim qaldı? Əzrayıl da deyir ki, bu aciz qulundan başqa heç kim. Allah Əzrayıla ölməyi əmr edər və Əzrayıl ölər. Ölümü hiss edən ölüm mələyi deyər ki, “Ey əzəmət və izzət sahibi Rəbbim, əgər ölüm sərxoşluğunun bu qədər can yandıran olduğunu bilsəydim, səndən qullarının ruhunu aldığım üçün üzr istəyərdim. Və ölüm mələyi ölər.

Allah Dünyaya baxar və Dünya tam bir xarabalıqdır.

Günəş qatlanıb dürmələndiyində, Ulduzlar qaralıb töküldüyündə, dağlar yırğalanıb gəzəndə, dənizlər qaynayanda, göy üzü sıyırılıb götürüləndə, cəhhənnəm uzalaşanda və cənnət yaxınlaşanda.

Sonra Allah dünyaya baxar. Dünya tamam boşdur və deyər ki, Ey Dünya, çayların hanı, ağacların hanı, dənizlərin hanı, sarayların hanı, kralların hanı, krallarının uşaqları hanı, mənin müxtəlif nemətlərimlə yaşayan, ancaq məndən başqasına ibadət edənlər hanı? Bu gün hökmranlıq kimindir? Tək olan Allahındır (Mömin 16). Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu